AZ

İran Qasım Süleymaninin adını daşıyan ballistik raketdən istifadə etdi

BAKI, 15 iyun. TELEQRAF

İranın İsrailə qarşı son hücumunda istifadə etdiyi raketlər “yüksək dağıdıcı gücə” malik döyüş başlıqları ilə təchiz edilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, son hücumda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bərk yanacaqla işləyən taktiki idarəolunan yer-yer tipli ballistik raket “Hajj Qasem”dən istifadə edib.

2020-ci ildə öldürülən Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin adını daşıyan “Hajj Qasem” ballistik raketi 1400 km-dən çox uçuş məsafəsinə malikdir.

Seçilən
35
teleqraf.com

1Mənbələr