AZ

Cennaro Qattuzo İtaliya millisinin yeni baş məşqçisi oldu

İtaliya Futbol Federasiyası Cennaro Qattuzonun İtaliya milli komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu təyinat, İtaliya millisi Norveçə 0:3 hesabı ilə uduzduqdan sonra Luçano Spalettinin istefasından sonra reallaşıb.

Millinin kapitanı Canluici Buffon yeni baş məşqçi barədə danışaraq, “Biz ən yaxşı seçimi etdik” ifadəsini işlədib.

47 yaşlı Qattuzo məşqçilik karyerasına "Palermo"da başlayıb. O, "OGI Crete", "Piza", "Milan", "Napoli", "Valensiya", "Marsel" və "Hayduk Split" klublarında çalışıb.

Məşqçi kimi 308 oyuna rəhbərlik edən Qattuzo 133 qələbə, 89 heç-heçə və 86 məğlubiyyət əldə edib. O, həmçinin 2019-2020 mövsümündə "Napoli" ilə İtaliya kubokunu qazanıb.

Seçilən
36
90deqiqe.az

1Mənbələr