“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara klubun baş məşqçisi Hans-Diter Flikin köməkçisi kimi komandaya qayıda bilər.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, Flik Alkantaranı heyətə dəvət etməkdə israr edir və onu sadəcə məşqçi yox, həm də klubun DNT-sinə dərindən bələd olan rəhbərliklə komanda arasında mühüm vasitəçi kimi görür.\
Tiaqo 2009-2013-cü illərdə “Barselona”nın əsas komandasında çıxış edib və akademiyadan yetişib. Tərəflər artıq ilkin danışıqlar aparıb, əməkdaşlığın formatını müzakirə edirlər. Futbolçunun kluba qayıtması ehtimalı artmaqdadır, lakin onun konkret vəzifəsi hələ müəyyənləşməyib.