AZ

PSV "Latsio"nun forvardı üçün danışıqlara başlayıb

İtaliyanın “Latsio” klubunda çıxış edən gənc cinah oyunçusu Loum Çauna karyerasını Niderland çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "The Laziale"yə istinadən yaydığı məlumata görə, PSV 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Niderland təmsilçisi artıq transfer üçün rəsmi təklif irəli sürüb.

PSV futbolçunu 12-13 milyon avro qiymətləndirməklə icarəyə götürməyi planlaşdırır, “Latsio” isə 15-16 milyon avro qiymət istəyir.

21 yaşlı Çad əsilli futbolçu ötən yay “Latsio”da debüt edib. O, əvvəlki mövsümü "Salernitana"da icarədə keçirib.Çauna mövsüm ərzində 37 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
20
90deqiqe.az

1Mənbələr