AZ

“Marsel” ingilis müdafiəçi ilə müqavilə bağladı

Fransanın “Marsel” klubu müdafiəçi CJ Eqan-Reyli ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu tibbi müayinədən uğurla keçərək komandaya qoşulub.

Eqan-Reyli hazırda 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatında İngiltərə yığmasında çıxış edir.

Ötən mövsüm ingilis futbolçu “Bernli”də çıxış edib. O, bütün turnirlərdə 43 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Ümumilikdə meydanda 3705 dəqiqə oynayıb.

CJ "Mançester Siti"nin akademiyasının yetirməsidir. O, həmçinin Şotlandiyanın “Hibernian” və Hollandiyanın “Yonq PSV” klublarında icarə əsasında çıxış edib.

Seçilən
34
90deqiqe.az

1Mənbələr