ain.az bildirir, Oxu.az portalına istinadən.
"Yeniyetmə yaşlarında siqaret çəkmək uşağın daxili prosesləri, sərbəstliyə can atması və təzyiqə qarşı etirazı ilə bağlıdır. Buna görə də valideynin vəzifəsi təkcə siqareti övladının əlindən almaq deyil, həm də onun siqaretə qurşanmasının arxasında nəyin dayandığını anlamaqdır".
Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya psixoloq Kira Qoldşteyn deyib.
O, valideynlərə məsləhət görüb ki, siqaret çəkən övladlarını qınamadan onlarla səmimi söhbət etsinlər:
"Niyə və kimlə siqaret çəkməyə başladığını soruşun. Bu, dindirmə deyil, etimada gedən yoldur. Özünüz siqareti tərgitməklə nümunə olun. Uşağın tərəfində olduğunuzu, sağlamlığın onun şəxsi məsuliyyəti olduğunu və ona kömək etməyə hazır olduğunuzu izah edin. Yeniyetmə evdə nə qədər çox başa düşüldüyünü, eşidildiyini və hörmət edildiyini hiss edərsə, siqaretlə nəyisə sübut etməyə ehtiyacı bir o qədər az olacaq".
Psixoloq əlavə edib ki, dialoqdan sonra siqareti atmaq üçün hansı konkret addımları atacağınızı müəyyənləşdirin:
"Kompleks yanaşma bu məsələdə çox kömək edir. Övladınızı klublara, qruplara yazdırın, birlikdə idmanla və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olun. Zərərli şeylərə daha az vaxt ayırmağa çalışın. Gələcək haqqında danışın. Təhlükə ilə bağlı söhbətləri də gözdən qaçırmayın".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.