ABŞ prezidenti Donald Tramp "McLaren" Formula 1 avtomobilinin sükanı arxasına keçərək şəxsi sınaqlar keçirə bilər.
90deqiqe.Az-ın "Canal+"a istinadən yaydığı məlumata görə, sınaqlar gələn həftə Ostin trekində (Texas, ABŞ) baş tuta bilər.
Qeyd edək ki, dünya çempionatının mərhələlərindən biri olan ABŞ Qran Prisi də məhz bu trasda keçirilir.
Donald Tramp avtomobil idmanına olan marağı ilə tanınır. Daha əvvəl o, dünya çempionatının altıncı mərhələsi olan Mayami Qran Prisində iştirak edib. Həmçinin Tramp NASCAR Cup Series mövsümünün Daytona 500 yarışının açılışında da yer alıb.
Hazırda "McLaren" komandası həm konstruktorlar, həm də sürücülər çempionatında lider mövqedədir. Komandanın pilotu Oskar Piastri birinci yeri tutur.