AZ

Donald Tramp 79 yaşında: Fast fud, diyetik kola, üç evlilik və digər maraqlı faktlar

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İyunun 14-də ABŞ-ın 47-ci prezidenti Donald Tramp 79 yaşını qeyd edib. Tramp bu illər ərzində biznesini qurub, qalmaqallarla gündəmə gəlib və yenidən Ağ Evə qayıdıb.

Oxu.Az Ağ Ev rəhbərinin həyatı haqqında maraqlı faktları təqdim edir.

Ailəsi və mənşəyi

Trampın babası Fridrix Tramp hərbi xidmətdən yayınmaq üçün Almaniyadan ABŞ-yə qaçıb və daşınmaz əmlak sahəsində sərvət qazanıb. Atası Fred Tramp Nyu-Yorkda uğurlu iş adamı olub. Anası Meri Enn Makleod Şotlandiyadan köçmüş sadə balıqçı ailəsindəndir.

Biznesə ilk addımlar

Tramp atasından aldığı 1 milyon dollarlıq "kiçik kredit"lə biznesə başlayıb. Sonradan atasının əmlakından 9 milyon dollaradək istifadə etdiyini etiraf edib.

Qeyri-adi qidalanma vərdişləri

O, içki və kofein qəbul etmir, ancaq gündə 12 banka diyetik kola içir və fast-fud yeməkləri ilə qidalanır. O, bu qidanı "təmiz və təhlükəsiz" hesab edir, çünki adi restoranlarda yeməyə nəyinsə qatılmasından ehtiyat edir.

Şəxsi həyat və qalmaqallar

Tramp üç dəfə evlənib - İvana Tramp, Marla Meyplz və hazırkı həyat yoldaşı Melaniya Tramp. Onun adı 26 qadın tərəfindən cinsi zorakılıq iddialarında hallanıb. Tramp bəzi münasibətlərini, o cümlədən model Karla Bruni ilə əlaqələrini inkar etməyib.

Kino və televiziya karyerası

Tramp 1980-ci illərdən etibarən bir çox filmlərdə və seriallarda kiçik rollarla çıxış edib. Məşhur "Evdə tək 2" filmindəki rolunu isə öz hotelini təqdim etmək qarşılığında "aldığını" rejissor Kris Kolambus etiraf edib.

"Köməkçi" (The Apprentice) şousu onu siyasi arenaya daşıyan əsas platformaya çevrilib.

Donald Tramp televiziyada və mediada yaratdığı obrazla Respublikaçılar Partiyasında ən tanınan fiqurlardan birinə çevrilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
oxu.az

1Mənbələr