AZ

Hindistanda baş verən təyyarə qəzasının səbəbi bəlli oldu

BAKI, 15 iyun. TELEQRAF

Hindistanda qəzaya uğrayan “Boeing 787-8 Dreamliner” təyyarəsinin kapitanı dispetçerlərə uçuş zamanı təkan çatışmazlığı barədə məlumat verə bilib.

Teleqraf xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Yada salaq ki, “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsi havaya qalxdıqdan az sonra yaşayış binalarının üzərinə düşüb. Daha sonra qəzalı vəziyyətdə olan binalarda yanğın başlayıb.

Hadisə zamanı ölənlərin sayı 274 nəfər olub. Təyyarə qəzasında sağ qalan yeganə şəxs 40 yaşlı Vişvas Kumar Rameş olub.

Seçilən
57
teleqraf.com

1Mənbələr