İngiltərənin "Mançester Yunayted" klubu "Sportinq"in hücumçusu Viktor Qyokeresin komandaya keçmək istəmədiyi halda yeni hücumçu axtarışlarını gücləndirib.
90deqiqe.Az-ın "Footmercato"ya istinadən yaydığı məlumata görə, “qırmızı şeytanlar”ın hədəfi Frankfurt “Ayntraxt”ının hücumçusu Uqo Ekitikeydir.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” artıq futbolçunun agentləri ilə potensial transferlə bağlı danışıqlara başlayıb və Almaniya klubu ilə də əlaqə saxlayıb.
Xatırladaq ki, daha əvvəl Qyokeresin “Mançester Yunayted”ə keçməkdən imtina etdiyi və “Arsenal”ın “Sportinq”ə yeni təklif irəli sürməsini gözlədiyi bildirilirdi.
Uqo Ekitikey keçən yay PSJ-dən 16,5 milyon avroya "Ayntraxt"a keçib. Ötən mövsüm o, bütün turnirlərdə 48 matçda 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunu 75 milyon avro qiymətləndirir.