Türkiyənin Hatay vilayətində yük maşınının qoşqusunda ot bağlamalarının altında gizlənmiş 31 qeyri-qanuni miqrant aşkar edilib.
“Report”un xəbərinə görə, bu barədə "Haber Global" məlıumat yayıb.
Məlumata görə, qanunsuz miqrantlar Antakya- Altınözü istiqamətində hərəkət edən yük maşınında polislər tərəfindən aparılan axtarış zamanı müəyyən edilib.
Qanunsuz miqrantları daşıyan yük maşınının sürücüsü B.K. polis tərəfindən saxlanılıb.
Qanunsuz miqrantlar deportasiya edilmək üçün vilayətin Miqrasiya Mərkəzinə təhvil verilib.