AZ

Ümummilli liderin idarəetmə dərsləri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Akademiyanın rektoru akademik Urxan Ələkbərov bildirib ki, 1993-cü ildə xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni parçalanma və vətəndaş qarşıdurmasından xilas etdi, inkişaf yoluna çıxartdı. 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyevin əsasını qoyduğu idarəetmə texnologiyaları bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilərək tətbiq edilir və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub. Akademiya təsis edilən vaxtdan burada “Heydər Əliyevin milli ləyaqət fəlsəfəsi”, “Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi” kimi fənlər tədris edilir.

Çıxış edənlər Heydər Əliyevin idarəetmə irsinin ümumi tərəqqidə önəmli rolunu vurğulayıblar.

XQ

Seçilən
35
xalqqazeti.az

1Mənbələr