BAKI, 15 iyun. TELEQRAF
İran və İsrailin qarşıdurması fonunda Yaxın Şərqdə vəziyyətin gərginləşməsi neftin qiymətinin 200-300 dollar/barel səviyyəsinə qalxmasına səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn almaniyalı həmkarı İohan Vadeful ilə telefon danışığı zamanı deyib.
İraqın İNA xəbər agentliyi F.Hüseynə istinadən yazır: "Bölgədə münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatlar başlasa, neftin qiyməti 200-300 dollar/barelə qədər yüksələ bilər".