AZ

Tehranda bir neft və bir yanacaq anbarı vurulub – İranın Neft Nazirliyi

Bakı. Trend:

İsrailin İrana hava hücumu nəticəsində Tehran şəhərininşimal-qərbində Şəhran neft anbarı və cənubda bir yanacaq anbarıvurulub.

Trend-inməlumatına görə, bu, İranın Neft Nazirliyi məlumat yayıb.

Məlumata görə, dərhal hadisə yerinə xilasetmə və yardımqüvvələri cəlb olunub.

Məlumatda deyilir ki, ilkin hesablamalara görə, hər iki anbardamövcud yanacaq çox olmayıb və vəziyyət tam nəzarətdədir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Seçilən
62
1
az.trend.az

10Mənbələr