AZ

MOSSAD”ın Tehran şöbəsi

İsrailin İrana qarşı “Yüksələn Aslan” adlı hərbi əməliyyatının başlamasından bir neçə saat sonra İsrail kəşfiyyat təşkilatı “MOSSAD”ın illərdir İran ərazisində, xüsusilə də paytaxt Tehranda böyük rol oynadığı, bir şöbə quraraq hücumun planlaşdırılması və həyata keçirilməsində iştirak etdiyi üzə çıxıb.

Təl-Əvivdəki təhlükəsizlik mənbəsi təsdiqləyib ki, “Mossad” İnqilab Keşikçiləri və ordunun liderləri, habelə nüvə alimləri haqqında məlumat toplayıb, onlarla yerdə cihazlar yerləşdirib, raket rampalarında və nüvə obyektlərinin yaxınlığında partlayışlar həyata keçirib.

İran iddia edir ki, zərbələrin çoxu onun hava qüvvələri tərəfindən xaricdən həyata keçirilib, çünki daxildən zərbələrin həyata keçirilməsi böyük təhlükəsizlik pozuntusu olacaq, İsrail isə “MOSSAD”ın əsas rol oynadığını və SEPAH və İran ordusunun liderlərini hədəf alan bir sıra sui-qəsdlər həyata keçirdiyini, eləcə də qiymətli hədəfləri müəyyənləşdirdiyini iddia edir.

Seçilən
21
vaxt.az

1Mənbələr