İran İsrailə qarşı kütləvi hücum planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
“İsrail Ordusunun İran ərazisinə zərbələr endirməkdə davam etdiyi bir vaxtda İran yaxın saatlarda ağır və dağıdıcı hücumlara başlayacaq”, - məlumatda vurğulanıb.
***
İranın Silahlı Qüvvələri İsrail ərazisinə kütləvi raket hücumuna başlayıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, raket buraxılışı Tehrandan həyata keçirilib.
Raket zərbələri nəticəsində Hayfada böyük partlayışların baş verdiyi bildirilib.