AZ

Çin şirkətləri Azərbaycanda hansı işlərə imza atacaq?

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışında Bonn görüşlərinin əhəmiyyəti, Çin şirkətlərinin "yaşıl enerji" üzrə ölkəmizdə həyata keçirəcəyi layihələr, eləcə də közərmə lampalarına tətbiq edilən qadağalardan bəhs olunub.

Bildirilib ki, Azərbaycan 2024-cü ilin noyabrında COP29-la iqlimin qorunmasına öz töhfəsini verib. Almaniyanın Bonn şəhərində baş tutacaq görüşlərdə isə Bakıda qəbul edilən qərarların icrası yolunda önəmli addımlar atılacaq. Bu görüşlərdə COP29 sədri olan Azərbaycan bir sıra fəaliyyətləri qeyri-formal olaraq Braziliyaya təhvil verəcək.

Vurğulanıb ki, Azərbaycan COP çərçivəsində planetin xilası üçün addımlar atmaqla yanaşı, "yaşıl enerji" üzrə fəaliyyətini də şaxələndirir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bu ölkə ilə "yaşıl enerji" sahəsində 6 sənəd imzalanıb. Sənədlərə əsasən, Qobustan, Xəzər dənizi, Böyükşor gölündə günəş və külək elektrik stansiyalarının inşası planlaşdırılır.

Əlavə olunub ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna əsasən, enerji səmərəliliyinin 3 kateqoriyada təmin edilməsi planlaşdırılır. Bunlar binalar, iqtisadi sahədə fəaliyyət göstərən obyektlər və ev təsərrüfatlarıdır.

Enerji səmərəliliyi üçün önəmli yeniliklərdən biri ənənəvi közərmə lampalarının istifadəsinin, istehsalının və satışının qadağan edilməsidir. Bu lampalardan istifadəyə qoyulan qadağalar isə 2026-ci ildən tətbiq ediləcək.

Çin şirkətləri Azərbaycanda hansı işlərə imza atacaq?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr