AZ

Bakıda avtobus tüstüləndi - Ətrafı duman bürüdü-Video

Ötən gün paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində marşrut avtobusunda tüstülənmə olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə metronun “8 Noyabr” stansiyasının qarşısında baş verib.

Belə ki, 83 saylı marşrut xətti üzrə hərəkətdəd olan “Daewoo” markalı avtobusun mühərrik hissəsində güclü tüstülənmə başlayıb. Avtobusda olan sərnişinlər dərhal təxliyə edilib.

Hadisə zamanı ətrafa qatı tüstü yayılıb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Görüntüləri təqdim edirik:

Seçilən
10
2
qafqazinfo.az

3Mənbələr