AZ

"Arsenal"ın istədiyi futbolçuya "Bavariya"dan təklif

"Leipsiq"in hücumçusu Benjamin Şeşko Almaniya Bundesliqasında qala bilər.

90deqiqe.Az-ın "Bild"ə istinadən yaydığı məlumata görə, "Bavariya" 22 yaşlı forvardı yay transfer pəncərəsində transfer etməyi planlaşdırır.

Münhen təmsilçisi sloveniyalının artıq agenti ilə əlaqə saxlayıb.

Potensial müqavilə 88 milyon avro dəyərində qiymətləndirilir.

Daha əvvəl bildirilmişdi ki, "Leipsiq" forvardı ilə müqavilə bağlamaq uğrunda mübarizədə favorit İngiltərə "Arsenal"ıdır.

Ötən mövsüm Benjamin Sesko RB Leipzig-də 45 matçda iştirak edib. Onun UEFA Çempionlar Liqası, Bundesliqa və Almaniya Kubokunda 21 qol və altı məhsuldar ötürmə var.

Seçilən
6
90deqiqe.az

1Mənbələr