AZ

Bu vilayətdə içki mağazalarının 40 faizi bağlanıb...

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

...Rusiyada, Voloqda vilayətində güclü spirtli içkilərin satışına qoyulan məhdudiyyətlər səbəbindən içki mağazalarının 40 faizi bağlanıb.

SİA-nın məlumatına görə, bu barədə vilayətin qubernatoru Georgi Filimonov özünün Telegram kanalında bildirib. ...Regionda 610 içki mağazası fəaliyyət göstərirdi, 253-ü artıq bağlanıb – bu, 40 faizdən çoxdur. Ümumilikdə, 318 federal içki mağazasından 145-i fəaliyyətini dayandırıb, - deyə rəsmi bildirib.

O da bildirilir ki, son bir həftə ərzində Voloqda vilayətində üç regional içki mağazası və alkoqollu içkilər satan bir mağaza bağlanıb, federal pərakəndə satış şəbəkələrinin iki filialında spirtli içkilərin satışı dayandırılıb.

Voloqdada üç aylıq məhdudiyyətlər ərzində 118 spirtli içki satışı məntəqəsindən 61-i, Çerepovetsdə isə 265 məntəqədən 128-i bağlanıb.

Qeyd edək ki, aprelin əvvəlində Voloqda vilayətində alkoqollu içkilərin satışına məhdudiyyətlər qüvvəyə minib ki, bu da onları yalnız iş günləri saat 12:00-dan 14:00-a qədər almağa imkan verir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
sia.az

2Mənbələr