AZ

Netanyahunun təyyarəsi Yunanıstana enib İsrailin hökumət üzvlərini və ailələrini təhlükəsiz zonalara daşıyır + VİDEO

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin İran əleyhinə həyata keçirdiyi hücumların ardından Tehranın verdiyi sərt cavablar bölgədə gərginliyi artırıb. 

"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, İran rəsmiləri İsrail və ABŞ-ın "böyük bədəllər ödəyəcəyini" bəyan etdikdən sonra, İranda məscidlərə qisas bayraqları asılıb. Bu fondda İsrailin ehtiyat tədbirləri görməyə başladığı müşahidə edilir. Ən diqqətçəkən hadisələrdən biri isə İsrail Baş naziri Benyamin Netanyahu-nun istifadə etdiyi hökumət təyyarəsinin Yunanıstanın paytaxtı Afinaya enməsi olub.

İsrail mediasında yayılan xəbərlərə görə, Netanyahu-nun təyyarəsi – Boeing 767-338 tipli dövlət təyyarəsi – İsraildən havaya qalxdıqdan sonra təxminən bir saat boyunca Aralıq dənizi üzərində dövrə vurub. Daha sonra isə Yunanıstan hava sahəsindən istifadə edərək Afinaya doğru hərəkət edib.

Təyyarənin sivil hava limanı olan Elefterios Venizelos-a enməsi gözlənilsə də, o, birbaşa Yunanıstanın Elefsina hərbi bazasına enib. Bu isə bir çox sual doğurub: Netanyahu həqiqətən ölkəni tərk edibmi? Təyyarədə kim olub?

A Haber kanalının Yunanıstandakı müxbiri İlhan Tahsinin məlumatına görə, təyyarənin içində yalnız bir nəfər – İsrailin Afinadakı səfiri Noam Katz olub. Məlumatlara əsasən, səfir İsraildən birbaşa bu təyyarə ilə Afinaya uçub və hərbi bazaya enib. Bu, İsrailin mümkün İran zərbələrinə qarşı yüksək səviyyəli rəsmiləri qorumaq məqsədilə həyata keçirdiyi ehtiyat planın bir hissəsi ola bilər.

İranın sərt bəyanatlarından sonra İsrailin öz liderlərini və diplomatik heyətini təhlükəsiz zonalara daşıması, regionda qarşıdurmanın nə qədər ciddi olduğunun göstəricisidir. Netanyahunun təyyarəsinin bu şəkildə istifadə olunması İsrailin təhlükəsizlik mexanizmlərini işə saldığını göstərir.

Hazırda Netanyahunun özü ölkə daxilindədirmi, yoxsa təyyarə yalnız dezinformasiya məqsədilə istifadə olunub – bu sual açıq qalır. Lakin bir fakt dəqiqdir: Yaxın Şərqdə qarşılıqlı təhlükə ritorikası artıq real hərəkətlərə çevrilməkdədir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr