AZ

Dubaydan Bakıya uçan təyyarənin marşrutu heyrətləndirdi – FOTO

  İsrailin İrana hücumundan sonra beynəlxalq mülki aviasiyanın marşrutlarında ciddi dəyişikliklər olub.

Referans Globalinfo.az-a istinadən xəbər verir ki, İran üzərindən uçuş həyata keçirən bir çox aviaşirkətlər marşrutlarını dəyişib. O cümlədən, AZAL-ın da Yaxın Şərq ölkələrinə uçuşlarında ciddi marşrut dəyişikliyi var.

Bundan əvvəl AZAL həmin ölkələrə uçuşları 2 günlük təxirə salmışdı. “Flightradar24”dən izləndiyi kimi, Dubaydan Bakıya uçuş həyata keçirən Airbus A320 təyyarəsi paytaxtımıza uzun mənzil qət edərək gəlib. Bundan öncə Dubaydan havalanan təyyarə Hörmüz boğazından keçərək İran ərazisinə daxil olurdu və oradan Azərbaycana gəlirdi. Bu uçuş təxminən 2 saat davam edirdi. Yenilənən marşrut isə 5 saatdan çox çəkir. Yeni marşruta görə Dubaydan qalxan təyyarə Fars körfəzi üzərindən keçərək Səudiyyə Ərəbistanının hava məkanına daxil olur. Oradan Qırmızı dəniz üzərindən Misirə keçir. Misirdən Aralıq dənizi üzərindən uçaraq Türkiyənin hava ərazisinə keçid edir. Sonra Gürcüstan üzərindən uçmaqla Azərbaycan ərazinə çatır. Bu marşrut iki dəfədən artıq vaxt alır. Uçuş müddəti 5 saat 15 dəqiqə çəkir.  


 

IMG IMG

IMG

Seçilən
13
referans.az

1Mənbələr