AZ

Qəzanın qaçılmaz olduğu ərazinin sürücüləri təhlükə ilə üz üzə: Funksiyası olmayan dairə

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə 20 Yanvar küçəsində sürücüləri narahat edən problem haqqında məlumat verilib.

Bildirilib ki, ərazidə yerdə çəkilən dairəyə bənzəyən xətləmənin heç bir funksiyasi yoxdur. Dairə üç və daha artıq gəliş istiqamətlərinin kəsişməsində hər hansısa rol oynaya bilər: "Burada yəqin ki, məhəlləyə giriş üçüncü istiqamət kimi götürülüb. Bunu 1.11 üfüqi nişanlanma xətti ilə də həll etmək mümkündür".

Əlavə olunub ki, ərazidə xaotik parklanma səbəbindən yerdəki dairəvi xəttin üstündən keçən sürücülər cərimə olunurdular: "Əgər yol hərəkətinin bu cür təşkili təcrübədə effekt vermirsə, bu məsələyə təkrar baxılmalıdır".

Ətraflı süjetdə:

Qəzanın qaçılmaz olduğu ərazinin sürücüləri təhlükə ilə üz-üzə: Funksiyası olmayan dairə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
5
oxu.az

6Mənbələr