AZ

ABŞ ın Minnesota ştatında polis geyimli cinayətkar Demokratları güllələyib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-da Demokratlar Partiyasından olan Ştat Assambleyasının spikeri Melissa Hortman və əri Mark Hortman evlərinə polis geyimində girən təcavüzkarın hücumu nəticəsində öldürülüb. Eyni hücumçu ştat senatoru Con Hoffman və həyat yoldaşını da öz evində atəş açaraq yaralayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Minnesota qubernatoru Tim Valz və ştat rəsmiləri mətbuat konfransında hadisə ilə bağlı məlumat veriblər.

Valz Demokratlar Partiyasından olan Ştat Məclisinin sədri Melissa Hortman və əri Mark Hortmanın gecə saat 02:00 radələrində evlərinə polis qiyafəsi ilə gələn təcavüzkar tərəfindən güllələnərək öldürüldüyünü açıqlayıb və "Melissa Hortman və əri Mark bu səhər siyasi motivli sui-qəsd nəticəsində həyatını itirdi" deyib.

Valz cinayətkarın gecə saat 03:00 radələrində eyni şəhərdə yaşayan Demokrat əyalət senatoru Con Hoffman və həyat yoldaşı Yvette Hoffmanı da hədəf aldığını açıqlayıb.

Silahli şəxs senator Con Hoffman və həyat yoldaşına da bir neçə dəfə atəş açdığını və cütlüyün yaralı olaraq xəstəxanaya aparıldığını qeyd edən Valz: "Hoffmanlar artıq əməliyyatdan çıxıblar və özlərini yaxşı hiss edirlər. Onların bu sui-qəsd cəhdindən sağ çıxacaqlarına ümid edirik", - deyib.

Hücumun motivi ilə bağlı suallara cavab olaraq, Valz bunu "siyasi zorakılıq aktı" kimi qiymətləndirib.

Mətbuat konfransında çıxış edən polis rəsmiləri cinayət törətməkdə şübhəli bilinən şəxsin öz hərəkətlərini polis qiyafəsi geyinərək həyata keçirdiyini təsdiqləyib. Səlahiyyətlilər, hadisəyə müdaxilə etmək üçün gələn polis qrupları ilə qısa atışmadan sonra təcavüzkarın qaçmağı bacardığı barədə məlumat paylaşıb.

Səlahiyyətlilər hücumçunun kişi olduğunu bildirdikləri şəxsin tutulması üçün geniş miqyaslı əməliyyata başladıqlarını, Federal Təhqiqat Bürosunun (FTB) də yerli və əyalət hüquq-mühafizə orqanlarına dəstək verdiyini bildiriblər.

ABŞ prezidenti Donald Tramp hücumlarla bağlı məlumatlandırıldığını bildirib və ABŞ-da belə dəhşətli hücumlara yol verilməyəcəyini bildirib.

Ağ Evin sözçüsü Karolin Leavitt "X" sosial media platformasında paylaşdığı açıqlamaya görə, ABŞ prezidenti Donald Tramp baş prokuror Pam Bondi və FTB-nin hücumla bağlı araşdırma apardığını bildirib.

Tramp: "Bu işdə iştirak edən hər kəs qanun çərçivəsində mühakimə olunacaq. ABŞ-da bu cür dəhşətli zorakılıq heç vaxt dözülməz. Allah Minnesota ştatının böyük xalqına rəhmət eləsin. Bura, həqiqətən də gözəl yerdir", - deyib.

ABŞ-ın Baş prokuroru Bondi də ştat qanunvericilərinə qarşı “məqsədli hücum” kimi görünəndən sonra Minnesota ştatında baş verənləri “yaxından izlədiyini” bildirib.

"X" hesabında paylaşdığı bir yazıda Bondi: "FTB, əyalət və yerli tərəfdaşları ilə birlikdə bu işi yerində araşdırır. Bu dəhşətli zorakılığa dözülməz və qanunun ən böyük ölçüsü ilə mühakimə olunacaq", - deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
icma.az

1Mənbələr