AZ

Qəzza münaqişəsi tezliklə sona çatacaq - Tramp

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında İsrail və HƏMAS arasında gedən münaqişənin tezliklə başa çatacağına inandığını bildirib.

TurkicWorld xəbər verir ki, o bu barədə “The Atlantic” jurnalına verdiyi açıqlamada deyib.

“Qəzza təslim olmağa yaxındır və ya artıq buna hazırdır” - deyə, D.Tramp vurğulayıb. O, eyni zamanda çoxsaylı girovların geri qaytarıldığını da qeyd edib.

Xatırladaq ki, 18 mart tarixində İsrail ordusu yanvarda elan edilmiş atəşkəs rejimini pozaraq Qəzza zolağına genişmiqyaslı hava hücumları ilə hərbi əməliyyatları bərpa etmişdi. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi, HƏMAS-ın ABŞ prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və vasitəçilər tərəfindən irəli sürülmüş təklifləri rədd etməsini səbəb göstərərək, əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirmişdi. HƏMAS isə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoymuşdu.

Mayın 8-də isə İsrail rəsmiləri ordunun Qəzza zolağında “Gideonun Arabaları” adlı hərbi əməliyyatın həlledici mərhələsinə keçdiyini açıqlamışdı. Netanyahunun ofisinin verdiyi məlumata görə, İsrailin quru qoşunları HƏMAS-a məxsus mövqelərə dəqiq zərbələr endirərək zolağın dərinliklərinə doğru irəliləyir və əsas strateji mövqeləri ələ keçirirlər.

Seçilən
13
turkic.world

1Mənbələr