AZ

İran daha bir F-35 vurdu, pilot əsir götürüldü

BAKI, 14 iyun. TELEQRAF

İsrailin daha bir F-35 döyüş təyyarəsi İran tərəfindən vurulub.

Teleqraf xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı katapult edən pilot sağ ələ keçirilib.

Mövzu ilə bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanacağı bildirilib.

Düşən təyyarənin qalıqlarına aid olduğu iddia edilən görüntülər İran mediasında yayımlanıb. İran tərəfi iddia edir ki, münaqişə başlayandan İsrailin 10 döyüş təyyarəsi vurulub.

Qeyd edək ki, dünən İsrail ordusunun mətbuat xidməti F-35 döyüş təyyarələrinin İranda vurulması xəbərini təkzib etmişdi.

Seçilən
23
teleqraf.com

1Mənbələr