AZ

Okeanın dibində sensasiya: Robot batmış aviadaşıyıcıda qeyri adi əşya aşkarladı

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əfsanəvi "USS Yorktown" gəmisinin qalıqlarına edilən ekspedisiya zamanı tədqiqatçılar həm maraqlı tarixi fraqmentlərə, həm də gözlənilməz bir tapıntıya rast gəliblər - klassik avtomobil.

Qaynarinfo xəbər verir ki, Amerikanın məşhur "USS Yorktown" aviadaşıyıcısı 1942-ci ildə Miduey döyüşü zamanı batdıqdan sonra 80 ildən artıq müddətdə Sakit okeanın 5000 metr dərinliyində qalıb. İndi isə "Bild" yazır ki, alimlər ilk dəfə sualtı robotlar vasitəsilə gəminin içərisinə baxış keçirə biliblər və orada əsl tarixi sensasiya aşkar ediblər.

Tapıntı: 1940-cı illərə aid avtomobil

Gəminin arxa göyərtəsində sualtı araşdırma robotu "Deep Discoverer" 1940–1941-ci illərə aid "Ford Super Deluxe Woody" markalı klassik avtomobil aşkar edib. Ön lövhəsində "Ship Service_Navy" ("Donanma xidməti") yazısı aydın görünür. Bu avtomobilin kontr-admiral Frenk Cek Fleçer, kapitan Elliot Bakmaster və ya ekipajın digər üzvləri tərəfindən xarici limanlarda gəminin dayanacağı zamanı istifadə olunmuş ola biləcəyi ehtimal edilir.

"Bu, tamamilə gözlənilməz kəşfdir. İndiyə qədər batmış hərbi gəmilərdə buna bənzər heç nə görməmişdik", deyə deyə tədqiqatçılar bildirir.

Avtomobilin gəmidə olması bir çox suallar doğurur:

* Niyə Miduey döyüşündən əvvəl o, evakuasiya edilməmişdi?

* Gəmi zədələndikdən sonra təyyarələr və silahlarla birlikdə nə üçün suya atılmamışdı?

Digər tarixi izlər

Avtomobildən əlavə, tədqiqatçılar "USS Yorktown"un səyahətlərini əks etdirən 12x4 metr ölçüsündə böyük bir freska, eləcə də lift şaxtalarının yaxınlığında üç ədəd dalma bombardmançı təyyarənin və digər döyüş təyyarələrinin qalıqlarını da aşkar ediblər. Bu, Miduey döyüşündə iştirak edən aviasiyanın ilk sualtı sübutudur.

"USS Yorktown" haqqında

"USS Yorktown" ABŞ tərəfindən rəsmi olaraq "qeyri-adi əhəmiyyətə malik məkan" statusu alıb və onun araşdırılması "NOAA"nın (ABŞ Okean və Atmosfer İdarəsi) "Mavi dünya arxasında" layihəsinin tərkib hissəsidir. Aviadaşıyıcı Sakit okeandakı həlledici döyüşlərdən biri zamanı – ABŞ-ın qalib gəldiyi Miduey döyüşündə – Yaponiya sualtı qayığının torpedo hücumu nəticəsində batıb. İndi isə o, yalnız alimlərin çata bildiyi dərinliklərdə yeni hərbi-tarixi səhifələri üzə çıxarır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
qaynarinfo.az

3Mənbələr