AZ

Azərbaycan klubunda sürpriz ayrılıq - SON DƏQİQƏ

"Sabah"da növbəti ayrılıq yaşanıb.

Bu dəfə komandanı tərk edənlər sırasına Con İrasabal da qoşulub.

28 yaşlı ispaniyalı ilə bitən müqavilə yenilənməyib.

Mərkəz müdafiəçisi 2022-ci ildən "tələbələr"in şərəfini qoruyurdu. O, ölkəmizdə olduğu müddətdə etibarlı oyunu və intizamı ilə seçilib.

Təcrübəli futbolçu arxada qalan müddətdə Masazır klubunda 98 oyuna çıxıb.

Müdafiəçi olmasına baxmayaraq, İrasabal aktivinə 6 qol, 2 məhsuldar ötürmə yazdıra bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr