AZ

İranın Cənubi Pars qaz yatağının 14-cü fazasında neft hasilatı dayandırılıb

BAKI, TurkicWorld

İsrailin hücumundan sonra İranın "Cənubi Pars" yatağının 14-cü fazasında gündəlik 12 milyon kubmetr qaz hasilatı dayandırılıb.

TurkicWorld xəbər verir ki, "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bugün İsrail Hərbi Hava Qüvvələri İranın cənubunda yerləşən və ölkənin ən böyük Cənubi Pars təbii qaz yatağına xidmət edən 14-cü fazaya zərbə endirib.

Məlumat üçün bildirək ki, Cənubi Pars yatağı, İranın enerji sektorunda strateji əhəmiyyətə malikdir və həm daxili istehlak, həm də ixracat baxımından əsas resurs mənbəyi hesab olunur.

Seçilən
43
turkic.world

1Mənbələr