AZ

Təzə qarpız yükünün altından yüzlərlə kiloluq narkotik necə tapılıb? - TƏFƏRRÜATLARVİDEO

Təzə qarpız yükünün altından 207  kiloqramdan çox narkotik vasitə tapıldı.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan  ərazisindən tranzit keçməklə İrandan Rusiyaya  "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Kinoloji xidmət iti 16 paletə reaksiya verib və həmin paletlərdəki qarpız yükünün altından gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram narkotik vasitə - marixuana aşkar edilib. 

Nəsimi rayonunda isə ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli preqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr