AZ

Rus diplomatlar Tehranı tərk edə bilmir

İsrailin hücumundan sonra vəziyyət pisləşdiyi üçün diplomat və alimlərdən ibarət Rusiya nümayəndə heyəti Tehranı tərk edə bilmir. 

"Unikal" xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin professoru Elina Sidorenko məlumat verib.

Nümayəndə heyətinin yarısının qadın olduğunu qeyd edən Sidorenko deyib: "Tehrandayıq. Rusiya səfirliyi bizi bu gün qəbul etdi. Buna görə hörmətli həmkarlarımıza təşəkkür edirik. Dünən Tehrana gəldik və hücum axşam saatlarında başladı. Səfirlik hoteli tərk etməməyi tövsiyə etdi. Hotelin düz yanında partlayış səsləri eşitdik". 

Rusiya nümayəndələri dərhal səfirliklə əlaqə saxlayıb və rəsmi nümayəndə heyətinin üzvlərinin siyahısını təqdim ediblər.

Ağarza Elçinoğlu 

Seçilən
16
3
unikal.az

4Mənbələr