AZ

İranlı turistlər Azərbayacana etdikləri rezervasiyalarını ləğv etdilərVİDEO

Yay turizm mövsümü başladı...Gəzməyə yer çox, qiymətlər də müxtəlif...

Xezerxeber.az-ın xəbərinə görə, Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov deyir ki, ölkədə hər il otellərin, kirayə üçün inşa edilən fərdi evlərin sayı artır. Qışda qiymətlər aşağı olsa da, yay mövsümündə bahalaşma müşahidə olunur.

Ekspert deyir ki, paytaxtdan daha uzaq rayonlarda istirahət nisbətən ucuzdur. Turizm inkişaf edən bölgələrin hotellərində otağın bir gecəlik qiyməti 100 manatdan başlayır. A frame tipli fərdi evlərin də qiymətləri fərqlidir.

Turizm eksperti həmçinin onu da bildirdi ki, hazırda İsrail-İran arasında olan gərginlik turizm sektoruna mənfi təsir edib. 2 gün ərzində İsraildən və İrandan ölkəyə gələcək olan turistlər səfərlərlərini məcburi təxirə salmalı olublar. İsraildən birbaşa uçuşlar ləğv olunub. Qarşıdakı günlərdə Tehran və Təbrizdən həyata keçirilməli olan uçuşların reallaşması da sual altındadır. Bu istiqamətdən gələcək turistlərin çoxu rezervasiyalarını ləğv edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr