AZ

Qaxda bu xəstəlik barama təsərrüfatlarını məhv etdi - Sahibkarlara kompensasiya veriləcək?VİDEO

Kümçülərin bir ay çəkdikləri əziyyət hədər olub

Xezerxeber.az xəbər verir ki, Qax rayonunun Qaysarlı kəndində ipəkqurdu yetişdirənlər  problemlə üzləşiblər. Kənd sakinləri bu il götürülən ipəkqurdu toxumlarının keyfiyyətsiz olduğunu bildirirlər. Problem nəticəsində kümçülər həm məhsulsuz, həm də gəlirsiz qalıblar.

Kümçülərin dediyinə görə, may ayının əvvəlində ipəkqurdu toxumları götürülüb. Bütün aqro texniki qulluqlar da lazımı formada aparılıb.

Lakin qurdların böyük əksəriyyəti barama sarımadan əvvəl çürüyüb və məhv olub. Kənddəki digər təsrrüfatlarda da eyni vəziyyət yaranıb.

Hər iki kümçü artıq 5-ci ildir ki, bu işlə  məşğuldurlar. Lakin belə bir problemlə birinci dəfədir ki rastlaşırlar. Dəfələrlə mütəxəssis dəvət edilsədə bu problem aşkarlanmayıb.

Qax Rayon Damazlıq və İpəkçilik stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib ki, qurdlardan nümunələr götürülüb labaratoriyada yoxlamalar aparılıb, lakin heç bir ciddi xəstəlik aşkarlanmayıb.

Sadəcə Flaşeriya xəstəliyi görülüb ki buda yemləmədə olan problemlərdən olur.

Stansiya direktoru  onu da  bildirib ki, kümçülərə kompensasiya  verilməsi nəzərdə tutulmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr