Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata əsasən, iki ölkə başçısı İsrail ilə İran arasındakı qarşıdurma, eləcə də regional və qlobal məsələləri müzakirə edib.
Bölgədə vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən Prezident Ərdoğan İranın dövlət rəsmiləri və vətəndaşlarının həlak olması ilə bağlı İran xalqına başsağlığı diləklərini çatdırıb.