ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Brentford"un futbolçusu Brayan Mbyoma Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" kamerunlu vingerin xidmətində maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Brentford"dan ayrılıb "Tottenhem"in baş məşqçisi təyin olunan Tomas Frank sabiq futbolçusunu yenidən sərəncamında görmək istəyir. Şimali London klubu 25 yaşlı ön xətt oyunçusu üçün 75+5 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, "Brentford" Brayan Mbyomanı 2019-cu ilin yayında Fransanın "Trua" klubundan transfer edib. Kamerun millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.