AZ

Bakıda avtobusun piyadanı vurub öldürməsinin VİDEOSU

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

"Unikal" xəbər verir ki, bu barədə daşıyıcı "Faiqoğlu" şirkəti məlumat yayıb.

Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıb.

Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsi ona çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.

Sözügedən qəzanın görüntülərini təqdim edirik:

Seçilən
18
unikal.az

1Mənbələr