AZ

Azərbaycanın bu klubu Rüfətə görə hərəkətə keçib

Son iki mövsümdəki oyunu ilə adından söz etdirən Rüfət Abdullazadə karyerasını ölkə xaricində davam etdirmək istəyir.

24 yaşlı cinah üzvü ilə Türkiyə klubları maraqlansa da, “Səbail”in tələb etdiyi təzminat məbləği danışıqlar prosesini yubadır.

Abdullazadəylə yerli klublar yaxından maraqlanır ki, birinin adı bizə məlumdur.

Bu, avrokuboklara vəsiqə qazana bilməyən “Turan Tovuz”dur.

Kurban Berdıyev istedadlı azərbaycanlı sərəncamında görmək istmədiyi barədə klub rəsmilərinə məlumat verib. Futbolçunun özü də bundan xəbərdardır.

Lakin əsas məqsədi legioner həyatı yaşamaq olduğundan, Tovuz təmsilçisinə “hə” deməyə tələsmir. Razılıq versə, “Turan Tovuz” günü sabah “Səbail”ə təzminat ödəyib Rüfətlə müqavilə bağlayacaq.

“Dənizçilər”in “11 nömrə”si 2024/25 mövsümündə meydana çıxdığı 37 matçda 7 qol, 8 assistlə yadda qalıb.

HƏBİB / SPORTINFO.AZ

Seçilən
46
sportinfo.az

1Mənbələr