Bu gün ölkə üzrə ümumilikdə 113 minə yaxın şagird üçün “son zəng” çalınıb. Onlardan biri də Bakının 295 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi Nailə Cəbrayılzadə olub.
AzEdu.az xəbər verir ki, tədbir zamanı Nailə ifa etdiyi mahnı ilə tədbir iştirakçılarının böyük rəğbətini qazanıb. Səhnəyə çıxan məzunun səsi salonda alqışlarla qarşılanıb.
Qeyd edək ki, Nailə Cəbrayılzadə məktəbin direktoru, həm də V çağırış Milli Məclisin sabiq deputatı Dilarə Cəbrayılovanın qızıdır. Onun səhnə performansı tədbirə xüsusi rəng qatıb.
Məktəbdə təşkil olunan “son zəng” tədbirində müəllim kollektivi, valideynlər və digər şagirdlər iştirak edib. Rəhbərlik məzunları təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzulayıb.