Müğənni İlqarə Kazımova "Sevgi" adlı lirik balladasını dinləyicilərə təqdim edib.
Axşam.az xəbər verir ki, İlqarə bunun üçün kamera qarşısına keçərək klip də çəkdirib. Ekran işində sənətçi iki sevən cütlüyü canlandırıb.
Mahnının sözləri və musiqisi Nicat Məlikova aiddir. Layihənin prodüseri İsmayıl Əsədovdur.
İlqarənin ekran işindəki makiyajı isə Rəmalə Qasımovaya məxsusdur.