AZ

Tramp və Putin arasında telefon danışığı baş tutub

BAKI, TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, dövlət başçıları arasında baş tutan telefon danışığı 50 dəqiqə davam edib.

“Olduqca məzmunlu, açıq və hər iki tərəf üçün faydalı bir söhbət oldu” – deyə, o qeyd edib.

Putin, söhbət zamanı Moskvanın 22 iyundan sonra Ukrayna ilə sülh danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib.

“Rusiya tərəfi, əvvəlcədən razılaşdırıldığı kimi, iyunu 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. ABŞ Prezidenti Donald Tramp bu məlumatı nəzərə aldı və Rusiya-Ukrayna münaqişəsinin tez bir zamanda bitməsində maraqlı olduğunu bir daha vurğuladı” – deyə, Uşakov qeyd edib.

Bununla yanaşı, söhbət zamanı Putin Trampı ad günü münasibətilə təbrik edib.

Seçilən
11
turkic.world

1Mənbələr