AZ

İran Hörmüz boğazını bağlamaq istəyir-Neft 250 dollara qalxacaq

Tehran neftin dünya bazarlarına çıxarıldığı Hörmüz kanalını bağlamağı düşünür.

AzPost bildirir ki, İranlı ekspertlər bu ssenaridə neftin qiymətinin bir barel üçün 250 dollara, JPMorgan ekspertləri isə 130 dollara yüksələcəyini proqnozlaşdırırlar. İsrailin İrana hücumundan sonra Brent markalı neftin qiyməti 13% bahalaşaraq 78,5 dollar/barelə çatıb.

Dünya neftinin təqribən 20%-i və mayeləşdirilmiş təbii qazın 30%-ə qədəri Hörmüz boğazından keçir. İran hakimiyyəti artıq Qərbə xəbərdarlıq edib ki, sanksiyalar tətbiq olunarsa, boğaz bağlanacaq. Onlar 2011 və 2018-ci illərdə müvafiq bəyanatlar veriblər.

Ekspertlər qeyd edirlər ki, boğazın bağlanması təkcə neft və qazın qiymətində kəskin sıçrayış, logistikanın çökməsi və birjalarda çaxnaşma deyil, həm də digər ölkələrin də münaqişəyə cəlb olunması deməkdir. Belə ki, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya tarixən marşrutun təhlükəsizliyinə zəmanət veriblər.

Bundan əlavə, Çinin neft idxalının təxminən 40-50%-i Hörmüzdən keçir. BƏƏ, Küveyt, Qətər, Oman və İraq üçün də boğazın bağlanması fəlakətli olacaq. Çünki bu ölkələrin neftinin 90%-ə qədəri buradan keçir.

AzPost.az

Seçilən
20
azpost.info

1Mənbələr