Ermənistan Konstitusiyasının preambulasında "Miatsum"a çağırışlar var
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Praqada "GLOBSEC Forum 2025" çərçivəsində keçirilən "Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti" paneli zamanı söyləyib.
Prezidentin köməkçisi həmçinin, Ermənistanın Minsk qrupunun ləğvi məsələsini uzatmasına da diqqəti yönəldib..Bildirib ki, indi ATəT-ə heç bir fəaliyyəti olmayan Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etməyin vaxtıdır".
Hikmət Hacıyev həmçinin qeyd edib ki, Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik.
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı tam olaraq nə istədiyi bilinmir. Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır.
Prezidentin köməkçisi bildirib ki, Dünyada baş verənlərə geniş məcrada yanaşsaq, Cənubi Qafqaz ən stabil regionlardan biridir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.