AZ

Azərbaycan bu dəfə də darda olanlara köməyini əsirgəmədiVİDEO

Azərbaycan bu dəfə də darda olanlara köməyini əsirgəmədi.

Xezerxeber.az xəbər verir ki, quru sərhədlərinin bağlı olmasına baxmayaraq İrandan təxliyə üçün müraciət edən dövlətlərin vətəndaşlarına qapılarını açdı.

Avtobuslar və səhhətində problem yarana biləcək şəxslərə yardım göstərilməsi üçün təcili tibbi yardım maşını və həkim briqadası gecədən hazır gözləyirdi.

Uzun, yorucu və təhlükəli yol gəldiklərini nəzərə alaraq təxliyə olunanlar üçün çay süfrəsi də hazırlanmışdı.

Əvvəlcə səhər saatlarında altı Qazaxıstan vətəndaşı Astara sərhəd-gömrük məntəqəsindən keçdi

Qonaqlar şirniyyatlardan dadıb pasport qeydiyyatına yollandılar.

Azərbaycana təşəkkürlərini bildirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr