AZ

“Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb - FOTO

Qazaxıstanın Kostanay vilayətində strateji əhəmiyyətli “Mərkəz-Qərb” avtomobil dəhlizinin tikintisinə başlanılıb. Avtosfer.az Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, yeni avtomobil dəhlizi ölkənin mərkəzi ilə qərbi arasında birbaşa əlaqəni təmin edəcək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) çıxış yaradacaq. Layihənin icrası sayəsində Astana ilə İrgiz kəndi arasında məsafə 573 kilometr qısalacaq. Eyni zamanda, iş iki istiqamətdə - Arkalıq şəhərindən Astana şəhəri istiqamətində və Torqay kəndindən İrgiz kəndi istiqamətində aparılır. Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

FOTO QALEREYA
Seçilən
6
avtosfer.az

1Mənbələr