AZ

Ərdoğan və Şahbaz Şərif İsrail- İran gərginliyini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ş.Şərif "X"-dəki hesabında yazıb.

Qeyd olunub ki, tərəflər İsrailin İrana hücumundan sonra regiondakı durumu müzakirə ediblər: “Biz razılaşdıq ki, bu cür hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulması və regional sülhə təhdiddir”.

Baş nazir telefon danışığı zamanı BMT və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla sülhə, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləyib.

Seçilən
11
6
report.az

7Mənbələr