ain.az, Konkret.az saytına istinadən bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla İsrail–İran qarşıdurmasını və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
KONKRET.az xəbər verir ki, Ərdoğan bildirib ki, İsrail bölgənin sabitliyi və təhlükəsizliyi üçün ən ciddi təhdiddir və gərginliyin azaldılması üçün onu cilovlamaq vacibdir.
“Region yeni bir böhranı qaldıra bilməz. Dağıdıcı müharibə qeyri-qanuni miqrasiyanın artmasına səbəb olacaq. İranın nüvə proqramı ilə bağlı mübahisə isə yalnız diplomatik yolla həll oluna bilər,” – deyə Türkiyə lideri vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.