AZ

Vasili Berezutski “Sabah”ı tərk etdi - Rəsmi

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Sabah” baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər arasındakı müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub. Klub rusiyalı mütəxəssisə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib.

Xatırladaq ki, Vasili Berezutski “Sabah”a ötən ilin noyabrında baş məşqçi təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu – Azərbaycan kubokunu qazandırıb.

“Sabah” Berezutskinin rəhbərliyi altında bütövlükdə 28 oyun keçirib. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 13 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Seçilən
16
7
arena.az

10Mənbələr