AZ

ABŞ-da iki siyasi xadim güllələndi

BAKI, 14 iyun. TELEQRAF

ABŞ-nin Minnesota ştatında Nümayəndələr Palatasının keçmiş spikeri Melissa Hortman və əri güllələnərək öldürülüblər.

Teleqraf xəbər verir ki, ABŞ-nin Minnesota ştatıının qubernatoru Tim Valts qətldə siyasi motivlərin olduğunu təsdiqləyib.

Bundan əlavə ştat senatoru Con Hoffman və həyat yoldaşının da yaralandığı bildirilir. Hadisələr müxtəlif ərazilərdə baş verib, lakin bunların hər ikisi qanunvericilərə qarşı hücum kimi qiymətləndirilir.

Bu gün keçirdiyi mətbuat konfransında T. Valts deyib: “Biz hamımız Minnesotada və bütün ölkədə siyasi zorakılığın bütün formalarına qarşı ayağa qalxmalıyıq”.

Qubernator günahkarların tapılaraq məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp da vəziyyəti şərh edərək, atışma barədə ona məlumat verildiyini deyib və bunu qanunvericilərə qarşı “məqsədli hücum” adlandırıb. O bildirib ki, FTB artıq hadisəni araşdırır.

Seçilən
13
teleqraf.com

1Mənbələr