Şəki, 14 iyun, AZƏRTAC
Axşam saatlarında Şəki şəhərində yük boşaldan avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib.
AZƏRTAC-ın bölgə müxbiri Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, yük dolu nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 57 yaşlı Rizvan Cəlilovun ağır xəsarət alması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası göndərilib. Lakin həkimlər hadisə yerinə çatana kimi ölüm faktı qeydə alınıb.
Hadisə yerində rayon hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin təhqiqat və müayinə aparıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılır.