AZ

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngedib.

Trend xəbər verir ki, telefonsöhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasındavəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlətbaşçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyiniqeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmivurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasındaqardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dairməsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarlabağlı məsələlərə də toxunublar.

Seçilən
22
47
az.trend.az

10Mənbələr